Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Xaçınçay - Vikipediya XaçınçayVikipediya, açıq ensiklopediya
Xaçınçay
azərb. Xaçınçay
Khachenaget103.jpg
Ölkə Flag of Azerbaijan.svg   Azərbaycan
Rayonlar Ağdərə rayonu , Ağdam rayonu , Bərdə rayonu
Mənbəyi Hacıyurd , Uyuxlu ,
Çiçəkli , Alaqaya
Mənbə yüksəkliyi 1.800 m
Mənsəbi Kür
Mənsəb yüksəkliyi 190 m
Uzunluğu 119 km
Su sərfi 3,2 m³/san
Su sistemi Kür  → Xəzər dənizi
Hövzəsi Xəzər dənizi
Hövzə sahəsi 657 km²

Xaçınçay - Kür ün sağ qoludur. Ağdərə , Ağdam , Bərdə rayonlarından axır.

MündəricatÜmumi məlumat[ redaktə | əsas redaktə ]

Uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km²-dir. Çay Qarabağ silsiləsinin Hacıyurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m) və Alaqaya (2583 m) dağlarından başlayan bulaqların birləşməsindən əmələ gəlir. Suyunu qar (26%), yağış (38%) və yeraltı (36%) sulardan alır. Yazda yağış suları çayda daşqınlar əmələ gətirir. Daşqın dövründə illik axımının 40-50%-i keçir. Orta illik su sərfi 3,20 kub m/san-dir. Bunun da 65-70%-i yaz və yay, 15-20%-i isə payız və qış fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 15-17%-i keçir.

Çayın asılı gətirmələr sərfi 0,19 kq/san, orta lillənməsi isə 60 q/kub m-dir. Suyu orta minerallaşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kal-siumludur.

Xaçınçayın üzərində su anbarı (su tutumu 23 mln kub m) yaradılmışdır.

Toponimi[ redaktə | əsas redaktə ]

Kəlbəcər, Ağdam və Bərdə r-nları ərazisində çay. Kür çayının sağ qoludur. Mənbəyini Qarabağ silsiləsindən (Uyuxlu dağından c.-da, 2100 m. yüksəklikdən) alır. Mühüm qolu Kolatağdır. Məcrasında Xaçınçay su anbarı yaradılmışdır (1964). Hidronim Qafqaz Albaniyasının Xaçın əyalətinin adından yaranmışdır. Bu əyalətin adı ilk dəfə mənbələrdə VII-X əsrlərin hadisələri ilə bağlı çəkilir. XII əsrdə Arsaxda (Yuxarı Qarabağ) Xaçın hökmdarlığı yaranmış, tarixi Xaçın qalası bu hökmdarlığın ərazisində olmuşdur. XIII əsrdə monqollar həmin qalanı dağıtmış və Xaçın hökmdarlığına son qoymuşdular.

Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə[ redaktə | əsas redaktə ] Göyçay İstinadlar[ redaktə | əsas redaktə ]Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007 Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Xaçınçay&oldid=4569540 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Wikidata elementi Bu məqaləyə istinad et Başqa dillərdə Cebuano Deutsch Հայերեն İtaliano Lietuvių Polski Русский Svenska Українська Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 16 yanvar 2019 tarixində, saat 17:25-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок