Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Tərtərçay - Vikipediya TərtərçayVikipediya, açıq ensiklopediya
Tərtərçay
azərb. Tərtərçay
Ölkə Flag of Azerbaijan.svg   Azərbaycan
Rayonlar Kəlbəcər rayonu , Ağdərə rayonu , Bərdə rayonu , Tərtər rayonu
Mənbəyi Qonqur, Alaköz və Mıxtökən
Mənbə yüksəkliyi 3.120 m
Mənsəbi Kür
Mənsəb yüksəkliyi 15 m
Uzunluğu 200 km
Su sərfi 23 m³/san
Mayilliyi 19 m/km
Su sistemi Kür  → Xəzər dənizi
Hövzəsi Xəzər dənizi
Hövzə sahəsi 2.650 km²
Qolları Levçay, Ağdavançay, Turağayçay
Commons-logo.svg Tərtərçay Commonsda


Tərtərçay Kür çayının sol qoludur. Kəlbəcər , Ağdərə , Bərdə Tərtər rayonları ərazisindən axır.

Ümumi məlumat[ redaktə | əsas redaktə ]

Uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km²-dir. Tərtərçay Kür çayının Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir. Çay Qonqur, Alaköz və Mıxtökən silsiləsinin birləşdiyi sahədən (3120 m) axan bulaqlardan əmələ gəlir. Başlıca qolları sol dan Levçay (uzunluğu 36 km), Ağdabançay (uzunluğu 19 km), sağdan Turağayçay (uzunluğu 35 km) çaylarıdır.Axımının 14%-i yağış, 28%-i qar, 58%-i isə yeraltı sular hesabına əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqınlar əmələ gətirir. Bu zaman illik axımının 65-70%-i keçir. Avqust-sentyabr aylarında çayda su azalır. Oktyabr-noyabr yağışları yenidən çayda kiçik daşqınlar yaradır.

Çayın orta illik su sərfi 22,0 kub m/san, illik axım həcmi isə 693,8mln kub m-dir. Bunun 31%-i yazda, 35%-i yayda, 20%-i payızda, 14%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyun, avqust aylarında) keçən axım illik axım həcminin 18-20%-ni təşkil edir. Orta illik asılı gətirmələr sərfi 7,35 kq/san, orta lillənməsi 334 q/kub m-dir. Aprel-may aylarında asılı gətirmələrin 50-80%-ə qədəri axıdılır. Suyu orta minerallaşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.

Məşhur İstisu (Kəlbəcər) kurortu Tərtərçayın yuxarı axım hissəsindədir. Burada səthə çıxan İstisu mineral suyu tərkibinə görə Çexoslovakiyanın Karlovı Varı, Şimali Qafqazı Yessentuki, Ermənistanın Cermux mineral bulaqlarına oxşayır. Müalicə və çimmək üçün geniş istifadə edilir.

Tərtərçay üzərində suvarma, enerji məqsədləri üçün Sərsəng Madagiz su anbarları tikilmişdir.

Xarici keçidlər[ redaktə | əsas redaktə ] Commons-logo.svg     Vikianbarda Tərtərçay

Vikianbarda Tərtərçay ilə əlaqəli mediafayllar var.

Tərtərçay Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Tərtərçay&oldid=4569542 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Wikidata elementi Bu məqaləyə istinad et Başqa dillərdə Беларуская Cebuano Čeština Чӑвашла Deutsch English Suomi Français Հայերեն İtaliano Lietuvių Polski Русский Svenska Türkçe Українська 中文 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 16 yanvar 2019 tarixində, saat 17:25-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок