Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Samurçay (çay) - Vikipediya Samurçay (çay)Vikipediya, açıq ensiklopediya
Samurçay
azərb. Samurçay ‎, rus. Река Самур
Река Самур.jpg
Ölkəl ər Flag of Russia.svg   Rusiya
Flag of Azerbaijan.svg   Azərbaycan



Region Flag of Dagestan.svg   Dağıstan , Məhərrəmkənd
Rayonlar Azərbaycan Xaçmaz , Qusar
Mənbəyi Rusiya Flag of Dagestan.svg   Dağıstan , Rutul rayonu
Mənbə yüksəkliyi 3.600 m
Mənsəbi Xəzər dənizi ( Azərbaycan Xaçmaz )
Mənsəb yüksəkliyi -28 m
Uzunluğu 216 km
Mayilliyi 13,7 m/km
Hövzəsi Xəzər dənizi
Hövzə sahəsi 4 430 km²
Samurçay (çay) — yerləşdiyi ərazi Azərbaycan
mənbəyi
mənbəyi
mənsəbi
mənsəbi
Samurçay Azərbaycan ın fiziki xəritəsində
Commons-logo.svg Samurçay Commonsda

Samur çayı - Azərbaycan ın şimal-şərqində ən iri çaydır. Samur Azərbaycanda dördüncü böyük çaydır. Sutoplayıcısı əsasən Dağıstanda yerləşsədə, Samur çayı aşağı axınında Azərbaycanla Dağıstan sərhədi boyu axaraq, hər iki respublikaya aid edilən çaydır. Samur çayının uzunluğu 216 km, sutoplayıcı hövzəsinin sahəsi 4430 km 2 -dir. Samur çayı Baş Qafqaz silsiləsi ilə şimalda ona paralel uzanan Samur silsiləsi suayırıcısı arasında yerləşən yüksəkdağlıq zonanın qar, buzlaq, yeraltı və yağış sularından qidalanır. Çayın mənbəyi 3699 m yüksəklikdə yerləşir. Dağlardan külli miqdar qırıntı məhsullar gətirən Samur, Xəzər sahilində meşələrlə örtülü böyük delta əmələ gətirir.

Samur çayının qidalanmasında əsas yeri qar suları və yeraltı sular tutur. Çayın hövzəsində qarlı-buzlu zirvələrin çoxluğu (ümumi sahəsi kiçik olsa da) çayda gursulu dövrün uzanmasına səbəb olur. Bu dövr yazda başlamaqla, yayı da əhatə edir. Samur çayının illik su sərfinin 20% yazda, 49% yayda, 20% payızda və 10% qış aylarında keçir. Çayın illik su sərfi həcmi 2.36 km3-dən az artıqdır. Axtı məntəqəsində Samurun illik sülb axımının həcmi 5256.5 min m3-ə çatır.

Azərbaycanın təsərrüfatı üçün Samur çayının olduqca böyük əhəmiyyəti var. Samur çayından hələ 1940-cı ildə Samur-Dəvəçi kanalı çəkilmiş, 50-ci illərin axırında isə bu kanal Ceyranbatan çökəkliyinə çatdırılmış və Abşeronda birinci böyük şirinsulu su anbarı yaradılmışdır. Bu kanal Samur-Dəvəçi ovalığında, Boğaz düzənliyində və Abşeron yarımadasında 100 min hektardan artıq torpağın suvarılması üçün əsas su mənbəyidir. Sumqayıt və Bakı şəhərlərinin su təchizatında da Ceyranbatan su anbarında durulan Samur sularından geniş istifadə olunur. Bununla yanaşı, bu sulardan Abşeronda yaşıllaşdırma işlərində də geniş istifadə olunur.

İstinadlar[ redaktə | əsas redaktə ]↑ "Rivers, lakes and reservoirs of Azerbaijan Republic"Mənbə[ redaktə | əsas redaktə ] Azərbaycan təbiəti haqqında ümumi məlumat Azərbaycanın Fiziki Coğrafiyası, M.A.Müseyibov, 1998Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Samurçay_(çay)&oldid=4580140 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Wikidata elementi Bu məqaləyə istinad et Başqa dillərdə العربية Авар Беларуская Cebuano Čeština Deutsch English Español فارسی Suomi Français İtaliano Kurdî Лезги Lietuvių Nederlands Norsk nynorsk Norsk Ирон Polski Русский Српски / srpski Svenska Türkçe 中文 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 22 yanvar 2019 tarixində, saat 04:54-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок