Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Qanıxçay - Vikipediya QanıxçayVikipediya, açıq ensiklopediya
Qanıxçay
Qanıx çayı, Qax rayonu Lələli kəndi
Qanıx çayı, Qax rayonu Lələli kəndi
Ölkəl ər Flag of Georgia.svg   Gürcüstan
Flag of Azerbaijan.svg   Azərbaycan



Mənbəyi Böyük Qafqaz
Mənsəbi Mingəçevir su anbarı
Uzunluğu 413 km
Hövzəsi Kür Xəzər dənizi
Hövzə sahəsi 12 080 km²
Commons-logo.svg Qanıxçay Commonsda
Qanıxçay

Qanıxçay ( gürc. ალაზანი (Alazani) , avarca Алазан ( Alazan ), çeçencə Алаз ( Alaz ), saxurca Дур ( Dur )) – Kür ün ən böyük sol qoludur. Mingəçevir su anbarı na tökülür.

Uzunluğu 413 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).

Çayın 177 km-i Gürcüstan - Azərbaycan dövlət sərhədi boyunca axır.

MündəricatÜmumi məlumat[ redaktə | əsas redaktə ]

Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağı ndan (2837 m) götürür. Çay Pankisi dərəsi ndən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir. Orta və aşağı axımı Gürcüstan ın Kaxeti mxaresi ilə Azərbaycan ın Balakən , Zaqatala , Qax Şəki rayonları arasında dövlət sərhədini təşkil edir.

Azərbaycan ərazisində 90–95 km məsafədə axaraq sol tərəfdən ona Balakənçay , Katexçay , Talaçay , Qaraçay (və ya Muxaxçay ) Kürmükçay Əyriçay çayları tökülür. Qanıxçay Əyriçay ın töküldüyü yerdən aşağıda, Qanıx-Həftəran vadisini cənubdan əhatə edən alçaq dağlar zonasını yararaq dərin və saldırım yamaclı dar dərə ilə axır. Burada çay astanalar (kaskadlar) əmələ gətirir. Mənsəbinə 4,5 km qalmış Qanıxçay özünün ən böyük qolu olan Qabırrı çayı (İori) qəbul edir. Hazırda su anbarı həmin yerləri örtdüyü üçün Qabırrıçayı bilavasitə Mingəçevir su anbarı na tökülür.

İllik axımının 30%-ni yağış, 40%-ni yeraltı və 30%-ni qar suları təşkil edir. Orta illik su sərfi 108 kub m/san -dir. Axımın 50%-i yazda, 15%-i yayda, 20%-i payızda, 15%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 290kq/san, lillənməsi isə 2636 q/m³-dir. Çayın bütün axımı boyu suvarma işlərində geniş istifadə edilir.

Qanıxçayın toponimi[ redaktə | əsas redaktə ]

Alazani çayının Azərbaycan ərazisindən axan hissəsi Qanıx adlanır. İlk dəfə I əsrdə Strabon un əsərində (Strabon. XI, 32) adı Xanes kimi qeyd edilmişdir.

Qanıx hidronimi Azərbaycanın şimal-qərbində və Cənubi Dağıstanda yaşayan saxurlar ın dilindəki " xan " (хьан), yəni "çay" sözündəndir. Gürcü tədqiqatçıları isə Alazani hidronimini gürcücə " ala " (nəm) və " zani " (yer) sözlərindən ibarət olmasını bildirirlər.

Bir digər açıqlamaya əsasən, Alazan türk dillərində " al " (geniş sahə, böyük düzən, açıqlıq) və " özən / üzən " (çay) sözlərindən ibarət olmaqla mənası "geniş çay" deməkdir, və Alazan vadisində çayın genişliyi ilə əlaqədardır. Adın danışıqda "zan" formasını kəsb edə bilən "özən / üzən" sözü Cənubi Azərbaycan ərazisində Qızılüzən çayı nın adında da vardır. Maraqlıdır ki, Dağlıq Altay da da bir çay məhz Alözən adının fonetik forması kimi Alazan adlanır. Qeyd etmək lazımdır ki, qədim türk dillərində özən "çay" sözü Manna (Cənubi Azərbaycan) ərazisində Urimzan çayının adında er.əv. 728 -ci ilə aid assur mənbəyində çəkilir. Həmin çayı lokalizə etmək olmur. Lakin Urimzan çay adı qədim türk dillərində irim "(yay vaxtı) qurumaqda olan çayın su axan hissəsi" (126, 235) və özən "çay" sözlərindən ibarətdir. Dağlıq Altayda Biy çayının qolu Kebozan, Sibird ə Oka çayının qolu Berezan, Volqaboyunda bir çay Çeremsan, Uralda bir çay Yaruozan adlanır. Qərbi Qazaxıstanda Qaraözen və Sarıözen adlı çaylar vardır.

İstinadlar[ redaktə | əsas redaktə ]↑ Alazan/Qanıx çayı hövzəsi üçün Pilot Çay Hövzəsinin idarəçiliyi Planı, Azərbaycan Mənbə[ redaktə | əsas redaktə ] Qanıxçay Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Qanıxçay&oldid=4579105 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Sərhəd çayları Qafqaz çayları Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Wikidata elementi Bu məqaləyə istinad et Başqa dillərdə Авар تۆرکجه Башҡортса Беларуская Беларуская (тарашкевіца)‎ Български Brezhoneg Català Cebuano Čeština Чӑвашла Deutsch English Español Eesti Suomi Français עברית Hrvatski Magyar Հայերեն İtaliano 日本語 ქართული 한국어 Lietuvių ������ Nederlands Norsk nynorsk Norsk Ирон Polski Русский Svenska Türkçe Українська Oʻzbekcha/ўзбекча მარგალური 中文 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 21 yanvar 2019 tarixində, saat 09:02-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок