Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Qabırrı çayı - Vikipediya Qabırrı çayıVikipediya, açıq ensiklopediya
Qabırrıçay
azərb. Qabırrıçay ‎, gürc. იორი (İori)
İori
İori
Ölkəl ər Flag of Georgia.svg   Gürcüstan
Flag of Azerbaijan.svg   Azərbaycan



Şəhər Mingəçevir
Mənbəyi Böyük Qafqaz
Mənbə yüksəkliyi 2.700 m
Mənsəbi Mingəçevir su anbarı
Uzunluğu 320 km
Su sərfi 9,82 m³/san
Su sistemi Mingəçevir su anbarı  → Kür  → Xəzər dənizi
Hövzəsi Xəzər dənizi
Hövzə sahəsi 4.800 km²
Commons-logo.svg Qabırrıçay Vikianbarda


Qabırrı (gürcücə İori ( იორი ), saxurca Q'arbi ( Къарби )) - Gürcüstan Azərbaycan ərazisində çay, Qanıx (gürcücə Alazani) çayının sol qolu.

MündəricatEtimologiyası[ redaktə | əsas redaktə ]

Qabırrı çayının adı qədim yunan Roma müəlliflərinin əsərlərində Kambis kimi qeyd edilmişdi.

Qafqaz Albaniyası

Qafqaz Albaniyası nın İberiya (Gürcüstan) ilə sərhədində yerləşən əyaləti də Kambecana (Kambisena) adlanırdı. XIX əsr in ortalarına aid bəzi mənbələrdə çayın adı Qambori kimi də qeyd olunmuşdur.

Bəzi tədqiqatçıların fikrincə, Qabırrı adı Albaniyanın Kamb (Kambisena) əyalətinin adının və çayın adının gürcücə variantında qorunub saxlanan "İori" / "Yori" çay adının birləşməsindən yaranmışdır. Sonralar təhrif olunaraq Qabırrı şəklinə düşən Kambiori isə "Kamb əyalətindən axan Yori, Kamb Yorisi" mənasındadır. Yori hidronimi isə bəzi Nax-Dağıstan dil və ləhçələrində (məsələn, avarca ior / or ( гІор )) "çay" mənasını verən sözdən və gürcü dilində əksər isim lərin sonuna artırılan "-i" şəkilçisindən ibarətdir.

Qabırrı toponiminin yayılma arealı genişdir. Şirvan düzü ndə Qabırrı adlı qışlaq da mövcuddur. Qabırrı eyni zamanda Şamaxı rayonu ndakı Quşçu kəndi nin əhalisinin tirə lərindən birinin adıdır. Keçən əsrdə Cavad qəzası nda "Kabırra" və Ərəş qəzası nda "Kabırrı" kənd adları da Qabırrı toponimi ilə eyni mənşəlidir.

Ehtimal ki, qabırrı türk (Azərbaycan) mənşəli tayfanın adıdır. Digər bir mülahizəyə əsasən Qabırrı hidroniminin əsasını cığatay ləhcəsi ndə yalnız fel formasını mühafizə edən "səs-küy salmaq", "gurultu qoparmaq", "coşmaq, hiddətlənmək" mənalı qabır sözü təşkil edir. Təbiidir ki, çaya "səs-küylü, gurultulu" adı onun səciyyəvi cəhətinə görə verilmişdir. Türkmənistanda Qabırrıarık, Azərbaycanda Qabırrı çaylarının adı eynimənşəlidir. Bəzi tədqiqatçıların fikrincə, bu hidronimin adı kəbirli tayfası nın adı ilə əlaqədardır.

Haqqında[ redaktə | əsas redaktə ]

Qabırrı çayının uzunluğu 320 km, hövzəsinin sahəsi 4,8 min km²-dir. Hazırda Mingəçevir su anbarı na tökülür. Başlanğıcını Böyük Qafqaz ın cənub yamacından (2560 m) alır. Yuxarı və orta axımı Gürcüstan ərazisindən, aşağı axımında isə 10 km məsafədə Azərbaycan ın Samux rayonu ilə Gürcüstanın sərhəddi boyunca axır.

Samqori suvarma şəbəkəsinin yaradılması ilə əlaqədar olaraq çayın suyunun bir hissəsi kanallar vasitəsilə Tbilisi su anbarı na axıdılır.

Çayın mənbəyi[ redaktə | əsas redaktə ]

Qabırrıçay öz suyunu qar, yağış və yeraltı sulardan alır. Mənsəb yaxınlığında orta illik su sərfi 15,6 kub m/san-dir. Axımın 47%-i yazda, 26%-i yayda, 16%-i payızda, 11%-i isə qışda keçir. Qabırrıçay orta lillənməsi 500-700 q/kub m-dir. Suyu hidrokabonatlı-natriumlu olmaqla 500-1000mq/l minerallaşmaya malikdir.

Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə[ redaktə | əsas redaktə ]Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı,2007. Qabırrıçay Река Иори в Большой советской энциклопедии Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Qabırrı_çayı&oldid=4571731 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Sərhəd çayları Qafqaz çayları Gizli kateqoriya: Vikipediya:Xəritələr olan səhifələr Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Vikiverilənlər elementi Bu məqaləyə istinad et Başqa dillərdə Башҡортса Беларуская Български Català Cebuano Čeština Чӑвашла Deutsch English Español Eesti Français Hrvatski Magyar Հայերեն İtaliano 日本語 ქართული 한국어 Lietuvių Nederlands Ирон Polski Русский Slovenčina Svenska Українська მარგალური 中文 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 16 yanvar 2019 tarixində, saat 19:17-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок