Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Kürəkçay - Vikipediya KürəkçayVikipediya, açıq ensiklopediya
Kürəkçay
azərb. Kürəkçay
Kurekchay river in Goygol region of Azerbaijan.jpg
Ölkə Flag of Azerbaijan.svg   Azərbaycan
Rayonlar Goranboy rayonu , Göygöl rayonu , Yevlax rayonu , Oğuz rayonu
Mənbəyi Murovdağ
Mənbə yüksəkliyi 3.100 m
Mənsəbi Göy göl
Uzunluğu 186 km
Su sistemi Göy göl  → Kür  → Xəzər dənizi
Hövzəsi Xəzər dənizi
Hövzə sahəsi 2.080 km²
Kürəkçay (Qafqaz)
Blue 0080ff pog.svg
mənbəyi
Blue pog.svg
mənsəbi
Kürəkçay Qafqaz ın fiziki xəritəsində
Commons-logo.svg Kürəkçay Vikianbarda


Kürəkçay - Kür ün sağ qoludur. Goranboy , Göygöl , Yevlax rayonları ərazisindən axır. Uzunluğu 186 km, hövzəsinin sahəsi 2080 km²-dir. Mənbəyi Murovdağ silsiləsinin şimal yamacından (3100 m) başlayır. Başlıca qolları sağdan, Goran (uzunluğu 33 km), Ağsu (uzunluğu 15 km) soldan isə Korçay (uzunluğu 38 km), Azadçay (uzunluğu 18 km) çaylarıdır.

Çayın hövzəsində bir sıra göllər vardır. Bunlardan ən böyüyü Göy göl və Maral göldür.

Axımı əsasən yeraltı (47%) və qar (43%), qisman də yağış (10%) sularından əmələ kəlir. Orta illik su sərfi 14,5 kub m/san-dir. Bunun da çox hissəsi yaz (32%) və yay (42%) aylarında keçir. Payız, qış fəsillərində keçən axımı illik axımın 10-15%-ni təşkil edir. İntensiv suvarma dövründə illik axımının 20%-i axır.

Çayın orta illik asılı gətirmələr sərfi 1,16 kqysan, lillənməsi isə 73 q/kub m-dir. Maksimum lillənmə may-iyun aylarında müşahidə edilir. Suyu orta minerallaşmaya (150-350 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.

Yaşayış məntəqələrinin su ilə təmin edilməsində, kənd təsərrüfatı sahələrinin suvarılmasında və energetikada Kürəkçaydan geniş istifadə edilir. Üzərində balıq yetişdirən zavod vardır.

Xarici keçidlər[ redaktə | əsas redaktə ] Commons-logo.svg     Vikianbarda Kürəkçay

Vikianbarda Kürəkçay ilə əlaqəli mediafayllar var.

Kürəkçay Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Kürəkçay&oldid=4707986 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Gizli kateqoriya: Vikipediya:Xəritələr olan səhifələr Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Vikiverilənlər elementi Bu məqaləyə istinad et Başqa dillərdə English Polski Русский Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 13 may 2019 tarixində, saat 18:41-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок