Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Kür - Vikipediya KürVikipediya, açıq ensiklopediyaBu adın digər istifadə formaları üçün, bax: Kür (dəqiqləşdirmə) .
Kür çayı
Kosmosdan Kür deltasının görünüşü
Kosmosdan Kür deltasının görünüşü
Ölkəl ər Flag of Turkey.svg   Türkiyə
Flag of Georgia.svg   Gürcüstan
Flag of Azerbaijan.svg   Azərbaycan


Şəhərl ər Tbilisi , Mingəçevir , İmişli , Şirvan , Salyan
Mənbəyi Şərqi Anadolu bölgəsi
Mənbə yüksəkliyi 2 740 m
Mənsəbi Xəzər dənizi
Uzunluğu 1 515 km
Hövzə sahəsi 188 000 km²
Tuqay , Qarayazı
Qaz , ördək , durna , qaşqaldaq , bağ quşu , qutan , qırqovul , qaban , canavar , qamışlıq pişiyi , porsuq , su samuru , tülkü , maral , qunduz , dələ , Gəlincik , dovşan , çaqqal , porsuq , çöl pişiyi , süleysin
Qızılağac , Qarayazı
Sarısu
?
Commons-logo.svg Kür çayı Vikianbarda

Kür ( türk. Kura ; gürc. მტკვარი , translit. Mtkvari ; erm. Կուր , translit. Kur ; q.yun. Κῦρος , translit. Kiros ; fars . کوروش‎ , translit. Kuruş ) — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan , Türkiyə Gürcüstan ın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizin ə tökülür.

Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşlar. Lakin, eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol çay üzərində su elektrik stansiyalarının inşasından sonra mümkün deyildir.

MündəricatEtimologiyası[ redaktə | əsas redaktə ]

Adı Kür, Əhəmənilər İmperiyası nının imperatoru olmuş II Kir in adı ilə bağlıdır. Kür formasında bu hidronimin adını ilk dəfə Strabon (I əsr) çəkmişdir (Strabon, XI, 2). Lakin er.əvvəl VIII əsrə aid Urartu mənbəyində Kuriaini adlı ölkə adı çəkilir. Tədqiqatçılar bu ölkəni Türkiyə ərazisində Çaldıran gölünün hövzəsində, Kür çayının yuxarı axınında lokalizə edir və onun Kür çayının adını əks etdirdiyini yazırlar (Мешшанинов И.А. Предположительные сведения о движении халдов в пределах Азербайджана. Известия Азербайджанского Археологического Комитета. 1926, III, c.36; Меликишвили Г.А. Урартские клинообразные надписи, с.438). Əgər bu fikir həqiqəti əks etdirirsə, onda belə qənaətə gəlmək olar ki, Kür hidronimi er.əv. VIII əsrdə vardı.

Azərbaycanda bu adın mənası haqqında iki fikir söylənilmişdir. A.Axundov onu Udin dilində kur - "quyu" (Axundov A. Kür sözünün etimologiyasına dair. S.M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin əsərləri", 1956, № 3.), K.H.Əliyev isə qrız dilində kur -"çay" Алиев К.Г. О названии реки Кура. "Доклады АН Азерб. ССР". 1959, № 4.) sözləri ilə bağlamışdır. Lakin araşdırmalarımız onun türk dillərindəki kür -"bol (sulu)", "qüvvətli", "sürətli", "sarsılmaz", "məğrur" sözündən ibarət olduğunu göstərmişdir. Həqiqətdə də Cənubi Qafqazda Kür ən böyük və bol sulu çaydır. Kür etnoniminin türk mənşəli olduğunu göstərən bir fakt da vardır. XIX əsrdə Şimali Qafqazda (Maykopda, Mozdokda və Kubanda) Kür adlı üç çay vardı. Aydındır ki, oralarda nə Udinlər, nə də qrızlılar çay adları yarada bilməzdilər.

Kür çayının adı gürcü dilind ə Mt'k'vari (qədim gürcü dilində Mt'k'uari ) sözü gürcü dilindəki "yaxşı su" yaxud meqrel dilinin gürcüləşmiş variantı tkvar-ua , yəni "dağları yarıb keçən çay" mənasını verir . Kür yaxud Kura adı ilk dəfə ruslar və daha sonra avropalılar tərəfindən istifadə olunmağa başlandı. Avropa sərhədlərinin bəzi təyinatında Kür çayı Avropa ilə Asiyanın sərhədi kimi göstərilir .

Axını[ redaktə | əsas redaktə ]

Kür çayı Türkiyə ərazisindəki Allahuekber dağının şimal-şərq yamacından, 2740 m hündürlükdən başlanır . Sonra qərbə doğru, Ardahandan şimala və şərqə axır və Gürcüstana keçir. Şimal-qərbdə, daha sonra Akhaltsikhe yaxınlığında bir kanyona yayılır, buradan başlayaraq şimal-şərqə təxminən 75 km məsafədə Xaşuri yaxınlığında dağlarda dərəyə axır. Daha sonra şərqə doğru axır və təxminən 120 kilometr məsafədə şərq-cənub-şərqdən axmağa başlayır, Qorini keçir və sonra Mtsxeta yaxınlığında, qısa bir kanyondan cənuba və regiondakı ən böyük şəhər olan Tiflisin qərb tərəfi boyunca axır. Çay dərin axınlarla cənub-şərqdən Rustaviyə axır və Xrami çayı ilə qovuşmasından sonra şərqə doğru dönür, Gürcüstan-Azərbaycan xəttini keçərək otlaq sahələri arasında Şəmkir su anbarına və sonra Yenikənd su anbarına axır .

Daha sonra Kür Azərbaycanda ən böyük su hövzəsi olan Mingəçevir su anbarına axır. İori ( Qabırrı kimi də tanınır) və Alazan çayları əvvəllər Kürə tökülürdülər, lakin onların sonları indi gölə axır. Barajdan ayrıldıqdan sonra çay axını cənub-şərqə qədər uzanır və Bərdə rayonunda özünün ən böyük qolu olan Tərtərçay ı qarşılayır və bir neçə yüz kilometr boyunca geniş bir suvarılan düzənliyə doğru davam edir, Sarısu gölün ün yaxınlığında şərqə dönür və bir qədər sonra Sabirabad şəhərind ə ən böyük qolu olan Araz ı qəbul edir. Sonra cənuba doğru 60 km axan çay Neftçala ərazisində Xəzər dənizinə tökülür.

Hövzə[ redaktə | əsas redaktə ] Kür çayı hövzəsi

Kür Gürcüstan ərazisindən keçərək Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizin ə tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə çay iki qola ayrılır: Ana kür və Bala kür. Ana Kür suyunu kiçik körfəz olan Qoltuq körfəzin ə axıdır. Kür çayının ümumi uzunluğu 1515 km-dir. Onun 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Hövzəsinin sahəsi 188 min km²-dir.

Azərbaycan ərazisindəki Qanıx , Qabırrı , Türyan , Ağstafa , Şəmkir , Tərtər , Xaçın və s. çaylar Kür hövzəsinin çaylardır.

İqtisadi Əhəmiyyət[ redaktə | əsas redaktə ]

Kür çayı sahilində yerləşən şəhərlər: Borjomi , Qori , Mtsxeta , Tiflis , Rustavi , Mingəçevir , Yevlax , Sabirabad , Şirvan , Salyan . Çayın deltasında uzunburun , ağ balıq , nərə , ilanbalığı və başqa balıqlar ovlanır. Sovet vaxtında çayın Tiflisə qədər olan hissəsi yuxarı ərazilərdən meşə materiallarının axıntı boyunca daşınmasında istifadə olunurdu. Çay Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir , Şəmkir Yenikənd su bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Bundan başqa, Azərbaycan ərazisində Kürün suyu suvarma üçün intensiv şəkildə istifadə olunur.

Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Kür hövzəsinin şəkilləri[ redaktə | əsas redaktə ] Aragvi-mtskheta.jpg

Kür çayı Gürcüstanın Qori rayonu ərazisində

Kura Likany.jpg KuraRiver.jpg

Kür çayı Tbilisi şəhəri ərazisində

Kür çayı Şirvan şəhəri ərazisində

Kür çayı Salyan rayonu ərazisində

Kür çayı Mingəçevir şəhəri ərazisində

Sabirabadda Kür Araz qovşağı

İstinadlar[ redaktə | əsas redaktə ]↑ B.Ə.Budaqov, Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğətiPospelov, E.M. Geograficheskie nazvaniya mira (Moskva, 1998), p. 231. Countries that exist wholly or partially within geographical Europe "Azerbaijan: Geography, climate and population" . AQUASTAT. Food and Agriculture Organization of the United Nations. 19 iyun 2010 tarixində arxivləşdirilib . İstifadə tarixi: 18 mart 2010.Megvinetukhutsest, Nutsa. Background Map of the Kura-Aras River Basin (PDF) (Map). Cartography by Trans-Boundary River Management Phase II for the Kura River basin—Armenia, Georgia, Azerbaijan. European Union. Archived from the original (PDF) on 2010-10-13. İstifadə tarixi: 2010-03-12.  Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Kür&oldid=4646872 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Kür Azərbaycan çayları Gürcüstan çayları Türkiyə çayları Qafqaz çayları Gizli kateqoriya: Vikipediya:Xəritələr olan səhifələr Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Vikiverilənlər elementi Bu məqaləyə istinad et Başqa dillərdə Afrikaans العربية Авар تۆرکجه Беларуская Беларуская (тарашкевіца)‎ Български ����� Brezhoneg Català Cebuano Čeština Cymraeg Dansk Deutsch Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Français עברית Hrvatski Hornjoserbsce Magyar Հայերեն Արեւմտահայերէն Bahasa Indonesia İtaliano 日本語 ქართული 한국어 Кыргызча Latina Lëtzebuergesch Lietuvių Latviešu Олык марий Македонски ������ Bahasa Melayu Nederlands Norsk nynorsk Norsk Ирон Polski Português Română Русский Русиньскый Scots Srpskohrvatski / српскохрватски Slovenčina Slovenščina Српски / srpski Svenska Tagalog Türkçe Українська Oʻzbekcha/ўзбекча Tiếng Việt მარგალური 中文 粵語 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 13 mart 2019 tarixində, saat 22:16-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок