Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Həkəri - Vikipediya HəkəriVikipediya, açıq ensiklopediya
Həkəri
azərb. Həkəri
Berdzor075.JPG
Ölkə Flag of Azerbaijan.svg   Azərbaycan
Rayonlar Laçın rayonu , Qubadlı rayonu , Zəngilan rayonu
Mənbəyi Mıxtökən dağı
Mənsəbi Araz
Uzunluğu 113 km
Su sistemi Araz  → Kür  → Xəzər dənizi
Hövzəsi Xəzər dənizi
Hövzə sahəsi 2.570 km²


Həkəri (Əkərə) - Araz ın sol qoludur. Laçın , Qubadlı Zəngilan rayonları ərazisindən axır.

MündəricatÜmumi məlumat[ redaktə | əsas redaktə ]

Uzunluğu 113 km ( Şəlvə çayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km 2 -dir. Kiçik Qafqaz ın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvə çay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvə çay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.

Çayın orta illik su sərfi ( Abdallar kəndi yanında) 9,0 m 3 /san-dir. Zabuxçay , Ağsuçay və digər qolların birləşməsindən sonra ( Güləbird kəndinin qarşısında) 15,0 m 3 /san-dir. Bunun da 70%-i yaz və yay, 30%-i isə payız və qış fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 14-16%-i axıdılır. Suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 200 mq/l-dir.

Həkəri çayı öz axarı boyunca Hoçaz kəndindən axan Hocazsuçay ı və Zabux çayını qəbul edərək zənginləşir, Bərgüşad çayı ilə birləşdikdən sonra, Araza tökülür.

Bəzi gümanlara görə, "Həkəri" sözü kürd dilli Həkəri tayfasın ın adı ilə bağlıdır. Məşhur Sarı aşığın qəbri Həkəri çayının sağ sahilində, onun sevgilisi YaxĢının qəbri isə sol sahilindədir Ancaq əslində isə üzərində üç SES tikilmiş, yuxarı axarında Şəlvə çayı (eyniadlı kəndin adından) adlanlılan və keçmiş adı Alban (Ağvan) olmuşdur. IX-XII əsrlərə aid ərəb mənbələrində Arran-çay adlanır və Araza töküldüyü göstərilir. Əkərə də adlanır. Görünür, sonralar kürddilli həkəri tayfasının ətraf ərazidə məskunlaşması ilə əlaqədar tədricən həmin tayfanın adı ilə tanınmağa başlamışdır.

Həkərinin suyundan suvarma işlərində və energetikada geniş istifadə edilir. Həkəri çayının bol sularında iri qızıl balıq olur.

İstinadlar[ redaktə | əsas redaktə ] Musa Urud, Zəngəzur // Prezident kitabxanasl Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.321.Mənbə[ redaktə | əsas redaktə ] Həkəriçay Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Həkəri&oldid=4211890 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Gizli kateqoriyalar: Çağırılan şablonun təkrar arqumentlərindən istifadə edən səhifələr Vikipediya:Xəritələr olan səhifələr Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Vikiverilənlər elementi Bu məqaləyə istinad et Başqa dillərdə Cebuano Deutsch English Հայերեն İtaliano Lietuvių Polski Русский Svenska Українська 中文 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 25 yanvar 2018 tarixində, saat 18:16-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок