Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Girdimançay - Vikipediya GirdimançayVikipediya, açıq ensiklopediya
Girdimançay
Ölkə Flag of Azerbaijan.svg   Azərbaycan
Uzunluğu 88 km
Hövzə sahəsi 727 km²
Commons-logo.svg Girdimançay Commonsda


Girdimançay Kür ün sol qoludur. İsmayıllı , Ağsu Kürdəmir rayonları ərazisindən axır.

MündəricatÜmumi məlumat[ redaktə | əsas redaktə ]

Uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. İllik axımı qar (24%), yağış (39%) və yeraltı (37%) sulardan əmələ gəlir. Orta illik su sərfi 4,20 ml/san-dir. Axımının 36%-i yazda, 25%-i yayda, 24%-i payız-da, 15%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axımın 15%-ni təşkil edir. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15-20 dəfə çox olur. Çayda ən az su (4-6%) yanvar-fevral aylarında keçir. Çayın asılı gətirmələr sərfi 10,6 kq/san, orta lillənməsi isə 2500 q/kub m-dir. Suyu sulfatlı-natriumlu olmaqla minerallaşması 500--.1000 mq/l, orta minerallaşması isə 560 mq/l-dir.

Qaraməryəm yaylası qarşısında çay bir neçə qola ayrılıb Şirvan düzünə çıxır və əkin sahələrinin suvarılmasından geniş istifadə edilir. Çayda tez-tez küclü sellər baş verir.

Toponimikası[ redaktə | əsas redaktə ] İsmayıllı

İsmayıllı , Ağsu Kürdəmir rayonları ərazisində çay. Kürün sol qoludur. Baş Qafqaz silsiləsinin , Babadağın c. yamaclar ından (2900 m. yüksəklikdən) başlanıb, Qaraməryəm yaylası qarşısında bir neçə qola ayrılır və ġirvan düzünə çıxır. Aşağı axınında suyu kanalla Ağsu çayına axıdılır. Çayda sel hadisələri olur. Hidronim erkən orta əsrlərdə mövcud olmuş, Qafqaz Albaniyas ının tərkibinə daxil olan Girdiman tarixi vilayətinin adındandır. Vilayətin adı isə Girdiman qalasın ın adından alınmışdır. Tədqiqatçıların ehtimalına görə, bu qala İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, Ağçayın sahilində, sıldırım qaya üzərində yerləşən Cavanşir qalasıdır. Fələki ġirvani (XII əsr) bu qalanı Girdimanqala adlandırmışdı. Erməni mənbələrində Qardman kimi adı çəkilən bu əyalət Uti nahiyəsinin 6 əyalətindən biri olub, Girdiman hökmdarlığının mərkəzi idi. Bəzi tədqiqatçılar toponimin İran mənşəli karta(qala) sözündən və məkan bildirən -man şəkilçisindən olduğunu söyləyirlər.

Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Girdman Mənbə[ redaktə | əsas redaktə ] Girdimançay Commons-logo.svg     Vikianbarda Girdimançay

Vikianbarda Girdimançay ilə əlaqəli mediafayllar var.

İstinadlar[ redaktə | əsas redaktə ]Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007 Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Girdimançay&oldid=4211850 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Wikidata elementi Bu məqaləyə istinad et Başqa dillərdə Cebuano Русский Svenska Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 25 yanvar 2018 tarixində, saat 17:56-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок