Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Gəncəçay - Vikipediya GəncəçayVikipediya, açıq ensiklopediya
Gəncəçay
azərb. Gəncəçay
Gəncə Bulvarı.jpg
Ölkə Flag of Azerbaijan.svg   Azərbaycan
Rayonlar Xanlar rayonu , Daşkəsən rayonu
Şəhər Gəncə
Mənbəyi Murovdağ silsiləsi
Mənsəbi Mingəçevir su anbarı
Uzunluğu 99 km
Su sərfi 4 m³/san
Su sistemi Mingəçevir su anbarı  → Kür  → Xəzər dənizi
Hövzəsi Xəzər dənizi
Hövzə sahəsi 752 km²
Commons-logo.svg Gəncəçay Vikianbarda

Gəncəçay - Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındak ı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamışdağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək).Kiçik Qafqazın Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.),Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar, Şimal-şərq yamacından axan ( Zəyəmçay , Şəmkirçay , Qoşqarçay , Gəncəçay, Kürəkçay və s.) çaylar Araz çay ının sol qollarıdır.

Gəncəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından axmağa başlayır.Çayın mənsəbi 2814 m yüksəklikdədir.Gəncəçay Kürə mənsəbindən 720 km yuxarıda tökülür.Gəncəçayın uzunluğu 99 km,hövzəsinin sahəsi 752 〖km〗^2-dir.Çayın 9 qolundan 5-i sağ,4-ü sol qoludur. Kür ün sağ qoludur. Daşkəsən , Xanlar rayonları, Gəncə şəhər Sovetliyi ərazisindən axaraq, Mingəçevir su anbarına tökülür.
Çayın ad Hansı sahildən tökülür ML , km F ,km^2
Zincirliçay sol 91 11 29
Danaqıransu sağ 85 9 14
Zivlənçay sağ 75 15 48
Qoçazçay sağ 72 7 14
Çimkirçay sağ 69 6 10
Dəstəfurçay sol 66 28 69
Mədyunçay sağ 59 6 12
Dərəmirzəçay sol 56 12 46
Xanbulaq sol 53 13 25
MündəricatÜmumi məlumat[ redaktə | əsas redaktə ]

Gəncəçay qidalanmasında qar suları 32 %, yeralti sular isə 44 % təşkil edir.Yaz gursulu fazasında illik axım 60 % -dən çoxunu təşkil edir.Gəncəçay yaz gursulu rejim fazalı çay qrupuna aiddir.Gursululuq adətən mart ayından iyul ayınadək davam edir.Gursulu rejim fazasının orta çoxillik davamiyyəti 137-150 gündür.Gursululuq rejim fazasının başlanma orta tarixi Gedamışda 17 mart,Zurnabadda 9 mart,Alaxançallıda 20 mart;qurtarma tarixi isə müvafiq olaraq 4-6 avqustdur.

Zivlənçayda isə gursululuq 133 gün davam edir,orta başlama tarixi 17 mart,qurtarma tarixi isə 28 iyuldur.Gəncəçayın Gedamış kəndi yanında (F=112 〖km〗^2) axım norması 1,63 m^3/s,ən böyük su sərfi 15,9 m^3/s 7 iyun 1974-cü ildə,minimal su sərfi 0,37 m^3/s 14 fevral 1986-cı ildə müşahidə edilmişdir.Gəncaçayın qolu Zivlənçayda (46,6 〖km〗^2) illik axım norması 1,07 m^3/s,maksimal su sərfi 15,7 m^3/s 17 iyun 1973-cü ildə,minimal su sərfi 0,18 m^3/s 16 noyabr 1960-cı ildə müşahidə edilmişdir. Zivlənçayın Gəncəçaya töküldüyü yerin yuxarı hissəsində bulanıqlıq dərəcəsi 590 q/m^3 qeyd edilmişdir.Çayların çirklənməsinin göstəricilərinin biri nitratlardır.Ümumi dəmirin miqdarı Gedamış kəndi yanında 1,3 mq/l-dir.Zivlənçayın özündə isə 3 mq/l qeydə alınıb.

Gəncəçaydan suvarmada, energetikada və başqa sahələrdə (dəyirmanların işlədilməsində) geniş istifadə edilir. Zurnabad kəndi qarşısında su anbarı yaradılmışdır.

Gəncəçay sağ qolu Zivlənçay[ redaktə | əsas redaktə ] Zivilənçay hövzəsində atmosfer yağıntıları 600–1000 mm təşkil edir. Ərazinin bitki örtüyü subalp və alp çəmənləri ilə xarakterizə olunur. Burada ibtidai və torflu dağ-çəmən torpaqları yayılmışdır. Bu zonada iki landşaft tipi vardır: İntensiv parçalanmış yüksək dağların nival, qismən nival-buzlaq və subnival landşaftlarıİntensiv parçalanmış yüksək dağların alp, subalp çəmənlikləri və çəmən-çöl landşaftları Ərazinin relyefi yüksək, orta və ntensive parçalanmış qırışıqlı-qaymalı nival-buzlaq və qırışıqlı-qaymalı dağlarla xarakterizə olunur. Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə[ redaktə | əsas redaktə ] Gəncəçay anl.az/el/Kitab/2013/Azf-271133.pdf Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Gəncəçay&oldid=4569546 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Gizli kateqoriya: Vikipediya:Xəritələr olan səhifələr Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Vikiverilənlər elementi Bu məqaləyə istinad et Başqa dillərdə Հայերեն Русский Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 16 yanvar 2019 tarixində, saat 17:25-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок