Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Araz - Vikipediya ArazVikipediya, açıq ensiklopediya
Araz
azərb. Araz ‎, türk. Aras , erm. Արաքս , fars . ارس
Araz çayı.jpg
Ölkəl ər Flag of Turkey.svg   Türkiyə
Flag of Armenia.svg   Ermənistan
Flag of Azerbaijan.svg   Azərbaycan
Flag of Iran.svg   İran

Mənbəyi Ərzurum ili , Türkiyə
Mənbə yüksəkliyi 2 990 m
Mənsəbi Kür çayına , Suqovuşan , Azərbaycan
Mənsəb yüksəkliyi -15 m
Uzunluğu 1 072 km
Commons-logo.svg Araz Vikianbarda


Araz Türkiyə , İran , Azərbaycan Ermənistan əraziləri və sərhədləri ilə axan çay dır. Çay öz mənbəyini Semaye Türkiyə ərazisindəki (Cadilar yurdu Nezrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası Güney Azərbaycan ərazilərindən keçərək, Azərbaycanın Sabirabad rayonunun Suqovuşan kəndi ərazisində Kür çayı ilə birləşib Xəzər dənizin ə tökülür. Bu çay iki Azərbaycanı - Cənubi Azərbaycan ilə Şimal i - Azərbaycan Respublikasın ı bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur.

MündəricatAraz çayının toponimi[ redaktə | əsas redaktə ]

Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodo t (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə ( Urartu çarı I Arkiştinin-er.əv.. 785- 753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisnə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər. Bu məsələyə geniş yer verməkdən imtina edərək, təkcə onu deməklə kifayətlənirik ki, Altay-dil ailəsinə mənsub tunqus-mancur dillərində mu , mye su deməkdir.

Araz çayının hidronimi[ redaktə | əsas redaktə ]

Araz hidronim inin mənası barədə müxtəlif fikirlər deyilmişdir. Lakin bu fikirlərin heç biri düz deyil. Erməni tarixçiləri Araz adını Urartu dili vasitəsi ilə izah etməyə təşəbbüs etmişlər. Məsələn, erməni tarixçilərinə görə Urartu mənbələrində indiki Ermənistan ərazisində qeyd olunan Eriaxi əyalətinin adından yaranmışdır. Lakin Eriaxi adının sonunu təşkil edən xi hissəsi Urartu dilində əlavə olunmuş şəkilçisidirsə, Eria sözündən Araz (ermənicə tələffüzdə Eracx) adı necə yarana bilər? H.Y.Marr bu hidronimi qədin fars dili əsasında ariləri qoruyan mənasını verdiyini yazmışdır. Y.B.Yusifov bu adın hind- Avropa dillərində art su , çay türk dillərindəokus çay su sözlərinin , Ə.Ş.Haqverdiyev isə türk dillərində ar çay , s u və az, us, üz, çay , su sözlərinin birləşməsindən əmələ gəldiyini yazmışlar. Bu nöqteyi nəzərlərdə inandırıcı deyil. Ona görə ki, çayın adı eynimənalı iki sözün birləşməsindən yarana bilməz. Əslində Araz hidronimi qədim türk dillərində ərəz, uras , oraz, uraz, sakit , dinc , xeyirxah , xeyirli sözündəndir. Bu ad çayın sahillərində yaşamış tayfa ların təsərrüfat həyatında müsbət rolu ilə əlaqədar olaraq yaranmışdır. Araz çayından onun hər iki sahilində yaşamış xalqlar suvarma əkinçiliyi məqsədilə tarix boyu arxlar və kanallar çəkmiş və suyunu içmişlər.

Araz çayının etimologiyası[ redaktə | əsas redaktə ]

Həqiqətən də azərbaycanlılar işərisində Kür ə nisbətən Araz sakit, aramlı çay sayılır. Kür Dəli Kür , Araz isə Xan Araz kimi mənalandırırlır. X əsr ərəb coğrafiyaşünası İbn Havrəlin Araz barədə yazdıqları yada düşür: Araz çayının suyu şirin, ləzzətli və yüngüldür . Müqayisə üçün deyək ki, qədim Sırdərya çayına qədim türklər Sil deyirdilər, bu da qədim türk dillırində təmiz, yaxşı sözündəndir. Yeri gəlmişkən qeyd edək ki, Heredotun yazdığlna görə Sırdərya çayı da Araz adlanırdı. Həm Orta Asiya da, Həm cənubi Qafqaz da iki çayın Araz adlanması antik mənbələrdə Araz çayları barədə məlumatların məkan koordinatlarının müəyyənləçdirilməsində dolaşıqlar əmələ gətirmişdir. Orta Asiya nın irandilli xalqları Amu-dərya çayına Behrot deyirdilər. Bu ad qədim farsca brh xoşxasiyyətli , xeyirxah və rot (rud) çay söpzlərindən ibarətdir. Şərq i Türkiyə də və Naxçıvan MR ərazisindən axan Arpa şaylarının adları da heç də arpa, taxıl bitkisinin adı ilə yox, Altay dil ailəsinə mənsub bızi dillərdə abra xeyir verən , xilas edən , firavan yaşamağa səbəb olan sözündəndir. Göründüyü kimi, Araz çayı adının təklif etdiyimiz etimologiyası sıra təşkil edir. Qeyd etmək lazımdır ki, Ksenefont (er.əv.V əsr) Mesopotomiya da bir şayın adını Araz kimi qeyd etmişdir.

Ekoloji vəziyyəti[ redaktə | əsas redaktə ]

Araz çayında yaranan ekoloji vəziyyət Kür çayında olduğundan da təhlükəlidir. Çayın sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistan da birinci yer tutur. Razdan , Çarensavan , Abovyan , Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının orta illik miqdarı 210 mln. m 3  təşkil etmişdir. Yay aylarında Arazda səviyyə aşağı düşdüyü dövrdə Razdanda çirkab sularının sərfi azalmır. Nəticədə «Araz» su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. İsti hava şəraitində suyun «çiçəklənməsi» baş verir və balıqların kütləvi qırılmasına səbəb olur .

Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan Naxçıvan MR Türkiyə Kür Sırdərya Amudərya Xarici keçidlər[ redaktə | əsas redaktə ] Azərbaycanın daxili suları Araz çayı haqqında məqalələr İstinadlar[ redaktə | əsas redaktə ]↑ B.Ə.Budaqov,Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. "Oğuz eli " nəşriyyatı Bakı, 1998 səh: 67-68Марр.Н .Я.Избр.работы, том V, М-Л,1935, s.2Юсифов Ю.Б. Торонимы и этническая истогия дгевного Азегбайджана.Azərbaycan onomostikasının problemlərinə həsr olunmuş konfransın materialları.Bakı, 1987,c. 112.Ə.Ş.Haqverdiyev Araz hidroniminin məmşəyinə dair. Azərbaycan onomostikasının problemlərinə dair konfransın materialları, c.207-208Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri, Bakı 2006 Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Araz&oldid=4682470 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Türkiyə çayları İran çayları Sərhəd çayları Naxçıvan Muxtar Respublikasının çayları Gizli kateqoriya: Vikipediya:Xəritələr olan səhifələr Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Vikiverilənlər elementi Bu məqaləyə istinad et Başqa dillərdə Afrikaans አማርኛ العربية Asturianu تۆرکجه Башҡортса Беларуская Български ����� Català Cebuano کوردی Čeština Чӑвашла Deutsch Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Français Galego עברית ������ Hrvatski Hornjoserbsce Magyar Հայերեն Արեւմտահայերէն İtaliano 日本語 Jawa ქართული Қазақша 한국어 Kurdî Кыргызча Latina Lietuvių Latviešu Македонски ������ Nederlands Norsk nynorsk Norsk Polski Português Română Русский Scots Srpskohrvatski / српскохрватски Српски / srpski Svenska Тоҷикӣ Türkçe Українська اردو Oʻzbekcha/ўзбекча Tiếng Việt 中文 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 20 aprel 2019 tarixində, saat 16:37-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок