Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Amazon çayı - Vikipediya Amazon çayıVikipediya, açıq ensiklopediya
Amazon
Amazon çayı
Amazon çayı
Ölkəl ər Flag of Peru (state).svg   Peru
Flag of Colombia.svg   Kolumbiya
Flag of Brazil.svg   Braziliya
Flag of Bolivia.svg   Boliviya , Flag of Ecuador.svg   Ekvador

Mənbəyi And dağları , Maranyon və Ukayali
çaylarının qovuşması
Mənbə yüksəkliyi 110 m
Mənsəbi Atlantik okeanı
Mənsəb yüksəkliyi 0 m
Uzunluğu 6516 ( 7004 ) km
Hövzəsi Atlantik okeanı
Commons-logo.svg Amazon Vikianbarda


Amazon çayı ( port. Rio Amazonas , isp. Río Amazonas ) — Cənubi Amerikada çay . Hövzəsinin sahəsinə, su sərfiyyatına görə dünya da birinci, uzunluğuna görə ikinci ( Nil dən sonra) yeri tutur.

MündəricatÜmumi məlumat[ redaktə | əsas redaktə ]

Mənbələrini And dağları ndan götürən Maranyon və Ukayali çaylarının birləşməsindən yaranır və Şərqə doğru axaraq Atlantik Okeanına tökülür. Uzunluğu Maranyon çayının mənbəyindən 6516 km, Ukayali çayının mənbəyindən 7000 km-dən çoxdur. Hövzəsinin sahəsi 7045 min km 2 -dir. Hövzəsinin çox hissəsi Braziliya da, cənub-qərb və qərb hissələri Boliviya da, Peru da, Ekvador da və Kolumbiya dadır. Mənsəbində su sərfiyyatı 220 min m 3 /san təşkil edir. Dəniz ə daşıdığı su saniyədə 120000 kubmetrdir.

Amazon çayında müxtəlif ölçülü ada lar vardır. Dünyanın ən böyük çay adası - Marajo (sah. 48 min km 2 ) burada yerləşir. Çayın daşıdığı Mississippi , Nil , və Yantszı çaylarının daşıdıqları suların ümumi həcmindən çoxdur.

Rütubətli ekvatorial meşə lərlə örtülü və çox yeri bataqlıq olan geniş ovalıq dan (əsasən, Amazon ovalığı ndan) axıb Atlantik okeanı na tökülür. Sahili alçaq, üçpilləlidir. Böyük daşqınlar zamanı suyun səviyyəsi ikinci pilləyə qədər qalxır. Yuxarı axınında (Ukayali çayı ilə birləşdikdən sonra) eni təqribən 2 km, orta axınında 5 km-ədək, aşağı axınında 20 km-ədək, mənsəbi yaxınlığında 80–150 km-dir; orta axınında dərinliyi təqribən 70 m, Obidus şəhəri yaxınlığında 135 m-ədək, mənsəbində 15–45 m-dir.

Okean

Okean dan 350 km məsafədə dünyada ən iri (sah. 100 min km 2 -dən çox) delta yaradır. Amazonun 500-dən çox iri qolu var. Bunlardan 17-sinin uzunluğu 1600–3500 km-ə çatır. Ən əhəmiyyətli qolu Madeyra çayıd ır (3500 km). Böyük qolları: sağdan – Jurua , Purus , Tapajos , Şinqu , Tokantins , soldan – Napo, İsa, Japura, Riu-Neqru. Qollar Amazon çayına müxtəlif rəngli sular gətirir; belə ki, Riu-Neqru çayı nın suyu tünd, Jurua, Purus, Madeyranın suları bulanıq ağ, Tapajosun suyu isə yaşılımtıldır. Suları sarı, boz və hətta qırmızımtıl rəngə çalan qollar da var. Amazon dünyada bu qədər zəngin çalarlı suları olan yeganə çaydır. Amazon çayı, əsasən, Atlantika okeanından hava axınlarının gətirdiyi yağıntıları ilə qidalanır. Hövzəsinin rütubətli tropik meşələrlə örtülü hissəsində yağıntının illik miqdarı 2000 mm-ədək, mənsəbdə və hövzəsinin şimal-qərbində (And dağlarının ətəklərində) 3000 mm-dən çox, And dağlarında 6000 mm-ədəkdir.

Amazon il boyu gursuludur: sol qollarında ( Şimal yarımkürəsi ndə) mart dan sentyabr a qədər, sağ qollarında ( Cənub yarımkürəsi ndə) oktyabr dan aprel ə qədər yağış mövsümü olur. Ortaillik su sərfi mənsəbə yaxın hissədə təqribən 220 min m 3 /san. (maks. 300 min m 3 /san., minimum 63 min m 3 /san.), illik axım həcmi 7000 km 3 (Yer kürəsi çaylarının ümumi axımının 17%-i). Amazonun gətirdiyi çox böyük su kütləsi mənsəbdən 400 km məsafədə okean sularını şirinləşdirir.

Amazon ovalığı azmeyilli olduğundan okeanda baş verən qabarma lar çay yatağı boyunca 1000–1400 km məsafədə səviyyəni qaldırır. Mənsəb hissədə qabarma 4–5 m. hündürlükdə dalğalarla müşayiət olunur. Bu dalğa lar böyük sürət və uğultu ilə çay yuxarı hərəkət edərək sahilləri dağıdır. Amazon adının da bununla əlaqədar olduğu (yerli hindi tayfalarından olan tepiquarani tayfa sının dilində “amazunu” – böyük dalğa deməkdir) güman edilir. Amazon 4300 km məsafədə gəmi çiliyə yararlıdır. Okean gəmiləri Manaus şəhərinə qədər (mənsəbdən 1690 km) gedir.

Portları: Belen , Santaren, Obidus, Manaus (Braziliya), İkitos (Peru). Amazonda 2000-ə qədər balıq növü ( Yer kürəsi ndəki şirin su balıqlarının 1/3-i), o cümlədən şirin su delfini, arapayma , lamantin , yırtıcı skat və akula , timsah , sudonuzu, anakonda və s. var.

Amazonun mənsəbini 1500-ci ildə ispaniyalı Visente Yanyes Pinson kəşf etmişdir. 1541-ci il də digər ispaniyalı Fransisko de Orelyana çay yuxarı 6000 km üzmüşdür. Onun dəstəsi yol boyu döyüşkən hindi tayfaları ilə toqquşmuşdu. Trombetas çayının mənsəbi yaxınlığında, ön cərgələrdə yaylarla silah lanmış ucaboylu, yarıçılpaq qadın lar vuruşurdular. Onlar ispanlar a amazon qadınları təsvir edən antik mif ləri xatırladır. Ona görə də ehtimal olunur ki, Orelyana çayı Amazon adlandırmışdır.

İstinadlar[ redaktə | əsas redaktə ]↑ Ən uzun çaylar Amazon çayı // Azərbaycan Milli Ensiklopediyası  : [25 cilddə] / baş red. M. K. Kərimov . — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi , 2009. — I  cild. — Səhifələrin sayı:  608. — Səh.: 411-412. — 10 000 nüsx. — ISBN 978-9952-441-02-4 .Xarici keçidlər[ redaktə | əsas redaktə ] Amazon çayı Sirlərlə zəngin Amazon Amazon çayı haqqında məlumat Amazon Alimlər Amazon çayının altında yeni nəhəng bir çay kəşf edib Həmçinin bax[ redaktə | əsas redaktə ] Amazon rifi Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Amazon_çayı&oldid=4614597 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Amazon çayı Peru çayları Kolumbiya çayları Amapa çayları Boliviya çayları Ekvador çayları Venesuela çayları Gizli kateqoriyalar: ISBN sehrli keçidlərinin istifadə olunduğu səhifələr Vikipediya:Xəritələr olan səhifələr Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Digər layihələrdə Vikianbar Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Vikiverilənlər elementi Bu məqaləyə istinad et Başqa dillərdə Аҧсшәа Адыгабзэ Afrikaans Alemannisch አማርኛ Aragonés Ænglisc العربية مصرى ������� Asturianu Aymar aru تۆرکجه Башҡортса Boarisch Žemaitėška Bikol Central Беларуская Беларуская (тарашкевіца)‎ Български ������� ����� ������� Brezhoneg Bosanski Буряад Català Mìng-dĕ̤ng-ngṳ̄ Нохчийн Cebuano کوردی Qırımtatarca Čeština Чӑвашла Cymraeg Dansk Deutsch ������ Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Võro Føroyskt Français Nordfriisk Frysk Gaeilge 贛語 Galego Avañe'ẽ Hausa עברית ������ Fiji Hindi Hrvatski Hornjoserbsce Magyar Հայերեն İnterlingua Bahasa Indonesia Ilokano ГӀалгӀай Ido Íslenska İtaliano 日本語 Patois La .lojban. Jawa ქართული Qaraqalpaqsha Адыгэбзэ Kabɩyɛ Қазақша ����� 한국어 Къарачай-малкъар Kurdî Kernowek Кыргызча Latina Lëtzebuergesch Лезги Lingua Franca Nova Limburgs Lumbaart Lingála ��� Lietuvių Latviešu ������ Malagasy Олык марий Македонски ������ Монгол ����� Кырык мары Bahasa Melayu Mirandés မြန်မာဘာသာ مازِرونی ������ ����� ���� Nederlands Norsk nynorsk Norsk Chi-Chewa Occitan ����� Ирон ������ Papiamentu Polski Piemontèis پنجابی Português Runa Simi Rumantsch Română Tarandíne Русский Русиньскый ��������� Саха тыла ᱥᱟᱱᱛᱟᱲᱤ Sicilianu Scots Srpskohrvatski / српскохрватски Simple English Slovenčina Slovenščina Shqip Српски / srpski Seeltersk Svenska Kiswahili Ślůnski ����� ������ Тоҷикӣ ��� Türkmençe Tagalog Türkçe Татарча/tatarça Українська اردو Oʻzbekcha/ўзбекча Vèneto Vepsän kel’ Tiếng Việt Volapük Winaray 吴语 İsiXhosa მარგალური ייִדיש Yorùbá Vahcuengh 中文 Bân-lâm-gú 粵語 Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 17 fevral 2019 tarixində, saat 13:05-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок