Василиса▶ Я жду вашего обращения. Что Вы хотите узнать?
Логотип
Şəmkirçay - Vikipediya ŞəmkirçayVikipediya, açıq ensiklopediya
Şəmkirçay
Ölkə Flag of Azerbaijan.svg   Azərbaycan
Keçdiyi ərazilər Gədəbəy Şəmkir
Mənbəyi Kiçik Qafqaz :Hindaldağ
Mənbə yüksəkliyi 3.200 m
Mənsəbi Kür
Uzunluğu 95 km
Hövzəsi Kür Xəzər
Hövzə sahəsi 1.170 km²


Şəmkirçay - Kür ün sağ qoludur. Gədəbəy Şəmkir rayonları ərazisindən axır. Başlanğıcını Kiçik Qafqaz ın şimal-şərq yamacından götürür və Kür çayına qovuşur.

Ümumi məlumat[ redaktə | əsas redaktə ]

Uzunluğu 95 km, hövzəsinin sahəsi 1170 kvadrat km-dir. Sarısu və Ağdaşsu çaylarının birləşməsindən əmələ gəlir. Şamxorçay adını bu qollar qovuşandan sonra alır. Sarısu qolunun başlandığı sahə (Hindaldağın cənub ətəyi, hündürlüyü 3200 m) çayın mənbəyi hesab edilir. Başlıca qolları, sağdan Sarısu (uzunluğu 12 km), Qoşqar (uzunluğu 18 km), Şəmkir (uzunluğu 25 km), Əmiravan (uzunluğu 19 km), soldan isə Ağdaşsu (uzunluğu 11 km), Murquz (uzunluğu, 11 km) çaylarıdır.

Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz, yay fəsillərində qar suları çayda daşqınlar əmələ gətirir. Daşqın mart ayından başlayaraq iyun, iyul aylarına qədər (100-120 gün) davam edir. Bu dövrdə keçən axım orta illik axımdan 40-50 dəfə artıq.olur. Şamxorçay, Tərtərçay Ağstafaçay müstəsna olmaqla, Kiçik Qafqazın şimal-şərq hissəsinin ən sulu çayıdır.

Çayın orta illik su sərfi 8,37 kub m/san-dir. Bunun da. 40%-i yaz, 35%-i yay, 15%-i payız, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2,0 kq/san, lillənməsi isə 250 q/kub m-dir. Çayın suyu orta mineral-laşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.

Çaydan suvarma işlərində istifadə. edilir.

Həmçinin bax[ redaktə | əsas redaktə ] Azərbaycan çayları Mənbə[ redaktə | əsas redaktə ] Şamxorçay Mənbə — " https://az.wikipedia.org/w/index.php?title=Şəmkirçay&oldid=4211918 " Kateqoriyalar : Əlifba sırasına görə çaylar Azərbaycan çayları Qafqaz çayları Naviqasiya menyusuAlətlər sandığıDaxil olmamısınız Müzakirə Fəaliyyətim Hesab yarat Daxil ol Adlar fəzası Məqalə Müzakirə VariantlarGörünüş Oxu Redaktə Əsas redaktə Tarixçə DahaAxtar
Bələdçi Ana Səhifə Kənd meydanı Aktual hadisələr Xəbərlər Son dəyişikliklər Təsadüfi səhifə Layihələr Seçilmiş məqalələr Seçilmiş siyahılar Seçilmiş portallar Yaxşı məqalələr Laboratoriya Mövzulu ay Xüsusi Maddi kömək Qaralama dəftəri Kömək Çap et/ixrac Kitab yarat PDF olaraq yüklə Çap variantı Alətlər Bu səhifəyə bağlantılar Əlaqəli redaktələr Xüsusi səhifələr Daimi keçid Əsas məlumatlar Wikidata elementi Bu məqaləyə istinad et Başqa dillərdə Cebuano Čeština Deutsch English Հայերեն Русский Svenska Keçidlərin redaktəsi Bu səhifə sonuncu dəfə 25 yanvar 2018 tarixində, saat 18:30-də redaktə edilib.Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın. Məxfilik siyasəti Vikipediya haqqında İmtina etmə Tərtibatçılar Kökə məlumatı Mobil görüntü Wikimedia Foundation Powered by MediaWiki
© 2014-2019 ЯВИКС - все права защищены.
Наши контакты/Карта ссылок